Psixoloq Fərqanə Mehmanqızı

Bu məmləkətin insanından… Amma dünya üçün doğan günəşin şüaları məhləsindən yan keçən insanlarla yazılması mümkün olanı yazacam…

Tanınmış həvəskarı deyilsizsə, görkəmli şəxslərin nidalarla bitən şablonlaşmış fikirlərindən yorulmusuzsa, vaxt ayırıb oxuyun. Mümkün qədər az zamanınızı almağa, daha qısa yazmağa çalışacam. Amansız deyiləm… Heç ən tükürpədici fikirləri də yazmayacam… Söz… Sadəcə "Danış!!!" deyib fikirlərini ozunun icazəsi ilə sizlə bölüşməyə razılıq aldığım fahişənin dediklərini yazacam. Oxuyun, sadəcə bu insanların içindən keçənləri, düşündüklərini görün…

"Kafelərdə, restoranlarda, küçələrdə qadınlar kinayə dolu baxişlarla fahişələri seyr edirlər. Çox düşünmuşəm mənə baxırlar, yoxsa özlərinin acizliyinə, qorxularına, çarəsizliklərinə…

Ona görə ki, qadınlar ərlərinə verə bilmədiyi sevgini fahişələr verir. Kişilər arvadlarının təmiz, pak yataqlarını, nəvazişini, sevgisini fahişələrin kirli yataqlarına, soyuq sevgilərinə dəyişir. Bu acizlik, qorxular ərlərini itirmək hissidir…

Sevgisi itmiş kişilər pulları əllərində sevgi dilənərkən acizliyin qapısını döyürlər…

Niyə fahişə qadınlar bu qədər çirkli və bu qədər gülüncdürlər? Ona görə ki, hər fahişənin yatagında bir qadın qəlbi əzilir. Bəlkə, sınmış qəlbin göz yaşı ilə cirkli sevgiləri yuyular kişilər? Kişilərin saf hissləri içki və otel otaqlarında xərclənir… Bu qədər…"

Butun bunları dinləyərkən dusundum ki, sevgiyə normal üsularla sahib ola bilməyən "sevgi dilənciləri" pulun müqabilində sevgi istəyən kisilərdir. Əgər fahişələr dogurdan da əxlaqsızdırsa və pisdirlərsə o zaman onlarla eyni yatağı paylasan və bunun ucun para ödəyən kişilər nədir?