Azərbaycan prezidenti İlham Əliyev Küveyt Nazirlər Kabinetinin sədri şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabahı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Unikal.org-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

İ. Əliyev həmçinin Küveyt əmirişeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahı təbrik edib: "Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm.