Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, fevralın 24-də Ağdaş rayonunun Pirəyir kəndində rayon sakinləri - Nicat Nuralıyevin və İlyas İlyaszadənin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.

N.Nuralıyevin sərnişinlərindən - atası Rəfayel hadisə yerində ölüb, özünə və digər sərnişininə, habelə İ.İlyaszadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.