"Lester"in sahibi Viçay Srivadhanaprabxa klubun durumu və Kluadio Ranyerinin istefaya göndərilməsinə İnstaqram səhifəsindən münasibət bildirib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, taylandlı iş adamı bunları yazıb:

"Məni başa düşən və hər durumda dəstəkləyən azarkeşlərə minnətdaram. Gördükləriniz klub həyatının ictimaiyyətə açıq olan hissəsidir. Rəhbərlik mümkün olanı edir. Problemlərimiz çoxdur, onları həll etmək lazımdır. Klubun Premyer Liqada qalması üçün milyon iş görməliyik. Azarkeşər çox zəhmət çəkiblər. Onların dəyəri böyükdür. Xahiş edirəm, qərarıma hörmət edin. Mən "Lester"in pisliyini istəmirəm. 7 ildir çalışıram ki, klub daha yaxşı olsun. Pul barədə danışmaq lazım deyil. Onlar investisiyalar formasında qayıdır. Məni bir daha İnstaqram-da görməyəcəksiniz".