Gədəbəydə yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gədəbəy rayonu, Qaradağ kəndində vətəndaşa məxsus ümumi sahəsi 246 m² olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd dolab, 1 m² sahədə döşəmə və evin 1-ci mərtəbəsində quraşdırılmış 1 ədəd su qızdırıcısı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.