Şəkidə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 126 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın tavanı 10 m² sahədə və evin dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.