ABŞ prezidenti Barak Obama və xanımı Mişel Argentinanın paytaxtı Buenos-Ayresdə peşəkar rəqqaslarla tanqo oynayıblar.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, əvvəlcə oynamaqdan boyun qaçıran Barak Obama nəticədə rəqqasənin təklifini qəbul edib.
Qeyd edək ki, bu ABŞ prezidentinin Argentinaya son 20 ildə ilk rəsmi səfəridir.  Xatırladaq ki, Barak Obama bundan əvvəl Kubada səfərdə olub.