Ağdaşda yanğın qeydə alınıb.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağdaş rayonu, Xınaxlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan kürsülü birmərtəbəli 1 otaqlı ev və evə bitişik ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.