Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təsdiq edilmiş plana əsasən tədbirlər bir sıra şəhər və rayonları, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrini, mərkəzi və qarnizon zabitlər evlərini, klub və kitabxanları əhatə edib.