Sosial şəbəkələrdə 25 il öncə Xocalıda keçirilən son toy şənliyinin fotosu yayılıb.

Unikal.org  xəbər verir ki, "İsayevin səhifəsi adlı hesabda verilən foto ilə bağlı belə bir izah verilib: "Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqli oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu".