Hacıqabulda 26 yaşlı qadın dəm qazından zəhərlənib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Hacıqabul sakini, 1991-ci il təvəllüdlü Həşimova Gülnaz Əli qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

G.Həşimova toksik zəhərlənmə diaqnozu ilə Hacıqabul rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.