Fevralın 26-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin 82 yaşı tamam olub.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, 1996-cı ildən Baş nazir postunda əyləşən Artur Rasizadə nə az, nə çox, düz 21 ildir eyni vəzifədə çalışır. Baxmayaraq o, pensiya yaşını çoxdan keçib.
Artur Tahir oğlu Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 â„–-li orta məktəbi bitirib.
İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ Â«AzİNMAŞÂ»-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.
1973-1975-ci illərdə «AzneftsənayemaşÂ» birliyində baş mühəndis, 1975-1977-ci illərdə «İttifaqneftmaşÂ» ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə «AzİNMAŞÂ» Neft maşınqayırması ETİ-nin direktoru olub.
1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışıb. 1992-1994-ci illərdə İqtisadi Islahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə «DEKA-B» şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.
2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qaytarılıb.
Bütün hallarda hər şey ölkə başçısından asılıdır, o, indiki Baş naziri vəzifədən çıxara da,postunda saxlaya da bilər...