Sabirabad rayonunda qanunsuz ovla məşğul olan şəxs saxlanılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Qasımbəyli kənd sakini Yusif Əhmədov rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə aparılan reyd zamanı tutulub.

Onun qanunsuz olaraq ovladığı 21 baş qaşqaldaq və 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində araşdırma aparılır.