5 gün əvvəl Bakıda dönərxanada qaz balonun partlaması nəticəsində 5 nəfər xəsarət almışdı. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, hələ də maye qaz balonlarından iaşə obyektlərində, hətta evlərdə istifadə olunur. 

Unikal.org xəbər verir  ki, "XəzərXəbər bu məsələni yenidən gündəmə gətirib.Qaz balonun partlaması nəticəsində 5 nəfərin xəsarət aldığı hadisə elə 5 gün əvvəl baş verib.Dönərxana işçisi yalan danışır. Belə məkanlarda qaz balonundan istifadəyə icazə verilmir. Çünki bu sahəyə nəzarət edən qurum yoxdur. Qaz eksperti Nüsrət Qasımov balon qazların istifadəsinə icazə verilməməsini belə izah edir.Amma təəssüf ki. Dəfələrlə xəbərdaqlıq edilməsinə baxmayaraq nəinki iaşə obyektlərində, hətta evlərdə də balon qazlardan istifadə edilir.

Qaz eksperti deyir ki. qaz balonları vaxtaşırı nəzarətdə saxlanılmalıdır. Amma bunu edən yoxdur.

Dönərxanalarda isə ümumiyyətlə qaz balonnda istəfadə etmək olmaz. Çünki propanın tərkibindəki karbon monoksid ətin üzərinə qonur, yeyildikdə isə zəhərlənmə və ya qastrit kimi mədə xəstəlikləri yaradır.Ekspert ümumiyyətlə balon qazlardan imtina edilməsini məsləhət görür.