Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. 

Unikal.org-un məlumatına görə, yığmamız martın 10-12-də Bakıda keçiriləcək "Böyük dəbilqə yarışına 51 idmançı ilə qatılacaq.

Məşqçilər korpusu kişilərin yarışında 28, qadınların mübarizəsində 21 cüdoçunu sınaqdan keçirəcək.

"Böyük dəbilqəyə ümumilikdə 33 ölkənin 236 (148 kişi, 88 qadın) idmançısı gücünü yoxlayacaq.