Nazirlər Kabineti "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibinə dəyişiklik edib.

Unikal.org xəbər verir ki, dəyişikliyə əsasən Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov və gənclər və idman nazirinin müavini İntiqam Babayev Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil ediliblər.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.