Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, sabiq müdafiə naziri, ehtiyatda olan general-mayor Dadaş Razayev səhhətində yaranmış narahatçılığa görə xarici ölkələrin birində xəstəxanaya yerləşdirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, hazırda generalın vəziyyəti normaldır. O müalicəsin davam etdirir və yaxın 15 gün ərzində ölkəyə qayıdacaq.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Veteranlar Şurasından unikal.org-a faktı təsdiqləyiblər. Bildirilib ki, generalın səhhəti hazırda normaldır. Yaxın günlərdə ölkəyə qayıdacaq və işinin başında olacaq.

Xatırladaq ki, Dadaş Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. 1991-ci ildə müdafiə nazirinin müavini və naziri vəzifəsinə təyin olunub. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə şöhrət ordeni ilə təltif edilib.