ATV-nin tanınmış aparıcısı Zaur Baxşəliyev "Xocalı" qətliamını dəhşətlə anıb.

Unikal.org xəbər verir ki, o, soyqırımda yaşanan dəhşətləri yada salaraq üsyan edib.

Zaurun sözlərini təqdim edirik:

"Hərdən günəş elə çıxır ki, adam az qalır desin "Ay zalım dünən axşam harda idin?". Bəlkə də o gün axşam günəş doğsaydı, Xocalı batmazdı. Hərdən elə bilirəm bütün dərdlərin günahkarı sənsən, günəş. Lazım olanda batırsan, hər şey batandan sonra çıxırsan ki, mən varam. Sanki hamını ələ salırsan, sanki mənsiz, heçsiz, yoxsuz batarsız deyirsən?! Hərdən hər şeyi ört-basdır edəcək qəddər qəddarsan. O gecə də öz qəddarlığını göstərdin.

Sənin onsuz da gündüzlər oyanmağını bilirik. Bu qədər anaların, körpələrin, ataların, qardaş-bacıların ah-naləsini eşitmədinmi? Eşidib necə yatdın, qınına çəkildin, alışıb yanmadın?! Bir körpəyə günəş şüası lazımdır deyirlər. Bəs bir körpənin anasının döşü ağzına kəsilib qoyulanda harda idin?! Səni görmək üçün bir kor ömür boyu dua edər, o gecə insanların gözünü oyub kor edəndə hara baxırdın?! Ümumiyyətlə, sən varsan?! Belimizə diri-diri bağlanan samovarların istisi səndən güclü oldu, amma sən olmadın! Niyə o gecə doğmadın, yandırıb-yaxmadın?! Həyatında heç olmasa bircə dəfə gecə doğsaydın, dünya dağılardı?!".big.az