Türkiyə martın 26-da  yay saatına keçəcək.
Unikal.org xəbər verir ki, artıq bununla bağlı Türkiyə Hökuməti qərar verib. Müvafiq qərara uyğun olaraq, Türkiyədə yay vaxtına keçid mart ayının 26 saat 3:00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək.
Buna səbəb kimi, gündüz vaxtlarından daha çox faydalanmağ göstərilib.
Bu arada Türkiyədə yay vaxtına keçidlə əlaqədar, dövlət qrumlarında da iş vaxtları dəyişdirilib. Belə ki, mart ayının 28-dən etibarən dövlət idarələrində iş vaxtı səhər saat 8:00-12:00-dək, nahar fasiləsi isə 12:30:16:00-dək, ümumi son iş vaxtı isə 17:00-dək müəyyənləşdirilib. 
Xatırladaq ki, 17 mart tarixində Azərbaycanda yay vaxtına keçid ləğv edildi. Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli qərarına əsasən, 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olundu.