Lənkəran şəhərində 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən və hadisə yerindən qaçan sürücü tutulub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, Astara rayon sakini 30 yaşlı Xansu Talıb oğlu Xəlilzadə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.
Qeyd edək ki, ötən gecə Lənkəran-Boradigah şosse yolunda, şəhəri Ləvəngi dairəsinə yaxın ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkətdə olan "VAZ 21 099" markalı, 10 GJ 472 dövlət qeydiyyat nişanlı avtomaşın piyadaları vurub. İdarəetməni itirən avtomaşın yoldan çıxaraq şam ağaclarına çırpılıb. Hadisə zamanı 4 nəfər - 1979-cu il təvəllüdlü İsmayılov İmran, 1995-ci il təvəllüdlü Cəbrayilov Əli, 1991-ci il təvəllüdlü Əliyev Səbuhi və 1988-ci il təvəllüdlü Hüseynov Elvin dünyasını dəyişib, 1987-ci il təvəllüdlü Kənan Həsənov ağır bədən xəsarətləri alıb. Sürücü Xəlilzadə Xansu hadisə yerindən qaçıb.