Riçard Almeyda millimizdə oynamaq təklifini müsbət qarşılayıb.

Unikal.org-un AFFA-ya istinadən verdiyi məlumata görə, "Qarabağ" klubunun futbolçusu R.Almeyda AFFA-ya gələrək qurumun baş katibi Elxan Məmmədovla görüşüb. O, Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığnı bildirib.

Bu il R.Almeydanın Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alaraq, AFFA müvafiq hüquqi prosedurlara başlayıb.