Paytaxtda restoranda yanğın baş verib.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhər, Binəqədi rayonunda ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli "ÇİNAR" restoranının havalandırma sisteminin mühərrikinin sarğıları qismən yanıb.
Yanğından restoran binası mühafizə olunub.
Yanğın saat 11:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.