Unikal. org APA. Az-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı bildirib: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini ürəkdən istəyir".
 
Brifinq zamanı erməni jurnalist Azərbaycan prezidenti İlham Əliyevin son çıxışlarından birindən sitat gətirib. Sitat ATƏT-in Minsk qrupunun destruktiv fəaliyyəti ilə bağlı olub. "Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini destruktiv adlandırıb. Həmsədr ölkə kimi, Rusiya Azərbaycan prezidentinin fikirlərinə necə münasibət bəsləyir?" - deyə jurnalist soruşub.
 
M. Zaxarova cavabında bildirib ki, söhbətin konkret olaraq hansı həmsədrdən getdiyini dəqiqləşdirmək gərəkdir: "Siz Azərbaycan tərəfi ilə hansı həmsədr ölkədən söhbət getdiyini dəqiqləşdirin. Biz öz ünvanımıza bunu götürə bilmərik. Uzun illər ərzində Rusiya səmimi və vicdanlı məqsədini sübut edib. Ürəkdən istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun".