Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Unikal.org musavat.com-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonundakı 6 saylı binanın həyətində baş verib.

Ucar rayon sakini, 1989-cu il təvəllüdlü Namiq Əlibaba oğlu Məmmədov bir bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.

Saytın əməkdaşı qətlin təfərrüatını öyrənmək üçün Namiq Məmmədovun yaşadığı mənzilə yollanıb. Lakin onun cənazəsi dəfn olunması üçün ailəsi tərəfindən Ucar rayonuna aparıldığından evdə heç kim olmayıb.

Qonşuların bildirdiyinə görə, Namiq Bakıda obyektlərdən birində mühafizəçi işləyib. Onun yaşadığı məhəllədə heç kimlə münaqişəsi olmayıb.

Yaşadığı binan qarşısında qətlə yetirilən Namiq ad gününə hazırlaşırmış. O, hadisə baş verən gün gecə növbəsində işləyib. Ona görə də doğum gününü bir gün sonra keçirməyi planlaşdırıb. Amma sonradan Namiq fikrini dəyişib, rəhbərlikdən icazə alaraq evinə yola düşüb. Atasına zəng edərək növbəsini başqa günə dəyişdiyini bildirib və doğum gününü qeyd etmək üçün evə gələcəyini deyib. Bu zəngdən çox vaxt keçməmiş o, naməlum şəxs tərəfindən bıçaqlanıb.

Namiq Məmmədov yaralı vəziyyətdə binanın alaqapısına qədər gələ bilib. Onun yerə yıxıldığını görənlər vəziyyətinin yaxşı olmadığını anasına xəbər veriblər. Qonşularının bildirdiyinə görə, Namiq anasının qucağında daxili qanaxmadan keçinib.

Hadisəni kimin nə məqsədlə törətdiyi hələlik məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Şübhəli şəxsin axtarışına başlanılıb.

Sumqayıtda 27 yaşlı oğlan öldürüldü - Doğum günündə
Sumqayıtda 27 yaşlı oğlan öldürüldü - Doğum günündə
Sumqayıtda 27 yaşlı oğlan öldürüldü - Doğum günündə