Türkiyəli aktyor Ali Sunalın nənəsi Saimə Sunal vəfat edib.

Unikal.org-un Axşam.az-a istinadən xəbərinə görə, Şaban obrazı ilə tanınan Kemal Sunalın anasının ölüm xəbərini Ali sosial şəbəkədə yazıb. 

O, "Sultanım Kemalinə qovuşdu" deyə, bildirib. Saimə Sunal bu gün günorta namazından sonra dəfn edilib. Mərasimdə aktyor dostları da Alini tək qoymayıb. 

Sunal media nümayəndələrinin suallarını cavabsız qoyub.