ABŞ dövlət katibi Con Kerri Rusiyada 22 il həbs cəzasına məhkum edilən ukraynalı pilot Nadejda Savçenkonun vətəninə qaytarılmasının vacib olduğunu bildirib.
 
Unikal.org-un APA-ya instinadən verdiyi xəbərə görə, bu barədə Kerri Moskvada keçirdiyi danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.   
 
"Mən həmçinin Nadejda Savçenkonun məsələsinə toxunaraq, onun Ukraynaya dönməsinə icazə verilməsinin vacib olduğunu bildirdim", - deyə Kerri qeyd edib.  
 
"Bu humanitar xarakterli məsələdir və o dərhal həll olunmalıdır", - deyə Con Kerri əlavə edib.