Bakıda yaşayış evindən oğurluq edilib.
Xətai rayon Polis İdarəsindən unikal.org-a verilən xəbərə görə, rayon sakini Elşad Abdullayev mənzilindən 50 min manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Mingəçevir şəhər sakini Bəxtiyar Abdullayev və Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Rzayev tutulublar.