"Söhbət bu tədbirdə PKK-nın bayrağının və simvolikasının yer almasından gedir".
 
Unikal.org xəbər verir ki, bu fikirləri Fazil Mustafa deyib. O qeyd edib ki, bu məlumat doğrudursa, Azərbaycan həqiqətən ciddi təhlükə altındadır:"Azərbaycan demokratik ölkədir və burada yaşayan kürd xalqına mənsub insanların Novruz Bayramını qeyd etməsinə hansısa irad bildirmək yanlış olardı. Söhbət bu tədbirdə PKK-nın bayrağının və simvolikasının yer almasından gedir. Əgər belə bir fakt aşkarlanarsa, bu yalnız qardaş Türkiyəyə xəyanət deyil, həm də bu torpağın sahibi olan Azərbaycan türklərinə də xəyanət və təhqirdir. Hüquq-mühafizə orqanlarımız bu məsələni ciddi araşdırıb cəmiyyətə açıq məlumat verməlidirlər".