Bakı polisinə 8 yaşlı qızın ögey atası tərəfindən zorlanması ilə bağlı şikayət daxil olub.

Unikal.org-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hadisə Maştağa qəsəbəsində baş verib.

Bu barədə, Xanlar küçəsində yaşayan 40 yaşlı K.T polisə müraciət edərək məlumat verib. O bildirib ki, yaşadığı evdə əri onun azyaşlı qızına qarşı təcavüz edib.

K.T deyib ki, həyat yoldaşı olan Pakistan vətəndaşı, 36 yaşlı M.T.B qızı 8 yaşlı Aynurla (şərti) qeyri-təbii yolla cinsi əlaqədə olub.

Araşdırma aparılır.