Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzinin açılışı olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.