Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Unikalorg xəbər verir ki, rayonun polis idarəsindən ans press-ə verilən məlumata görə, hadisə rayonun Darquba kəndi ərazisində qeydə alınıb. Şəhər sakini, 1993-cü il təvəllüdlü Nəriman Seyran oğlu Məmmədli idarə etdiyi "VAZ-21 015" markalı, 42- BS- 753 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı maneəyə çırpıb. Güclü zərbənin təsirindən çoxsaylı ağır bədən xəsarətləri alan sürücü hadisə yerində keçinib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində araşdırma aparılır.

Mərhumun qohumları onun gələn ay toyunun olacağını bildiriblər.

Azərbaycanda toyuna hazırlaşan bəy qəzada öldü