Zorakılıq halları, hüquqların  müdafiəsi üçün mühafizə orderi alanların sayı artıb.
Unikal.org "Xəzər Xəbər"ə istinadən bildirir ki, ancaq qadınların  çoxu bu mühafizə orderindən və onun üstünlüklərindən məlumatsızdırlar. Bu order nəyə xidmət edir və qadınları nədən qoruyur?
Ötən il Azərbaycanda zorakılığa məruz qalan 6 nəfərə uzunmüddətli mühafizə orderləri verilib. Ancaq əvvəllər isə belə 3-4 fakt qeydə alınırdı.  Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
2010-cu ildən tətbiq olunan  mühafizə orderi yeniyetmələri və qadınları zorakılıq və hüquqlarının pozulması hallarından qoruyur.
Mühafizə orderi verildikdə zorakılıq törədən şəxsin zərərçəkənə yaxınlaşmasına və yenidən ona qarşı zorakılıq törətməsinə icazə verilmir. Order  sahibi  olan qadın  özünə  şəxsi  mühafizəçi  tuta  bilər. Həmin mühafizəçi  zorakılıq  törədən şəxsə  qarşı  sonradan  hansı bir xəsarət yetirilərsə  ona  qarşı cinayət işi açılmır.
Qısamüddətli,  yəni 30 günlük mühafizə orderləri yerli icra hakimiyyəti orqanları, 30 gündən 180 günədək olan uzunmüddətli mühafizə orderləri isə məhkəmələr tərəfindən veririlir.
Mühafizə  orderi yalnız uşaq və qadınlar üçün nəzərdə tutulub. Ancaq qadınların əksəriyyəti bu mühafizə orderindən xəbərsizdirlər.