Rusiya prezidenti Vladimir Putin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Unikal.org-un məlumatına görə, təbrikdə deyilir: "Hörmətli Mehriban Arif qızı.

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər.

Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm.

Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq diləyirəm".

Həmçinin Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli Mehriban Arif qızı.

Əlamətdar bayram - 8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu bayram insanlara həmişə səmimiyyət, təbəssüm və parlaq emosiyalar bəxş edir. Yenilənmə dövrü olan bahar bizə sevinc gətirir, xüsusi ovqat yaradır. Martın 8-də biz ən yaxşı arzularımızı və ən səmimi sözlərimizi qadınlara həsr edirik.

Qadınlar ailələrinə, dostlarına və həmkarlarına diqqət və qayğı göstərir, evdə rahatlıq və harmoniya ab-havası yaradırlar. Qoy, hər bir işiniz uğurlu, doğmalarınız və yaxınlarınız xoşbəxt və firavan olsunlar.
Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm".