ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Unikal.org-un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli Mehriban xanım Əliyeva.

Ölkənizin ümummilli məsələlərinin irəliləməsi və Azərbaycan cəmiyyətinin inkişafı naminə böyük səylərinizin Zati-aliləri Prezident İlham Əliyev tərəfindən dəyərləndirilərək Birinci vitse-prezident vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi təbrik etməkdən şərəf və məmnunluq duyuram. Sizin bariz keyfiyyətləriniz, güclü qabiliyyətiniz və zəngin təcrübəniz üzərinizə düşən vəzifələrin layiqincə və tam şəkildə yerinə yetirilməsinə imkan vermiş və həqiqətən Azərbaycan xalqının yüksək rəğbətini və ehtiramını qazandırmışdır.

Ulu Tanrıdan dəyərli ölkənizə xidmət üçün şərəfli vəzifənizin yerinə yetirilməsində Sizə uğurlar diləyirəm.

Zati-aliləri Birinci vitse-prezident, mənim dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.