Beyləqan şəhərində sauna yanıb.
Unikal.org FHN-nin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ikimərtəbəli ümumi sahəsi 1600 kv.m olan məişət evinin birinci mərtəbəsində yerləşən sahəsi 120 kv.m olan saunanın lambir üzlüyü və içərisində olan əşyalar 60 kv.m sahədə yanıb.
Saunanın qalan hissəsi və məişət evi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.