Şou-biznes əhli hansı bədən üzvlərini sığorta etdirmək istəyər?
Unikal.org musavat.com-un sənət adamları arasında bununla bağlı keçirdiyi sorğunun nəticələrini təqdim edir:
Aşıq Zülfiyyə bildirib ki, bədən üzvlərini sığorta etdirmək fikri yoxdur:
"Allah mənə gözəl səs verib. Səs verəndə deməyib ki, "Zülfiyyəyə səs verim, ya verməyim?" Allah verdiyi səsi istədiyi vaxt ala bilər. Bu sorğu-sual olunmamalıdır. Səs məndən alınacaqsa, onu 100 dəfə sığorta etdirsəm də, xeyri yoxdur".
Rəqqasə Fatimə Fətəliyeva səs tellərini sığorta etdirmək istəyən sənət adamlarındandır:
"Mən həm rəqqasə, həm müəllimə, həm də xınayaxdı mərasimlərinin aparıcısı kimi fəaliyyət göstərirəm. Hələ ki, sığorta etdirməmişəm. Amma səsimi sığrtalatmaq istəyərəm. İşimlə bağlı səsim mənim üçün çox vacibdir".
Xalq artisti Gülyanaq Məmmədova səs tellərini sığorta etdirmək istədiyini dilə gətirib:
"Hər hansı bədən üzvümü sığorta etdirməmişəm. Lakin səsimi sığorta etdirmək istəyərəm. Düzdür, səsi Allah verir, istədiyi vaxt ala bilər. Yenə də Allahın verdiyi səsi qorumaq lazımdır. Mən də daima səs tellərimi yormamağa çalışıram və vaxtında həkim müayinəsindən keçirirəm".
Rəqqasə Aytən sığorta haqda düşünmədiyini deyib:
"Mən bədənimin heç bir nahiyəsini sığorta etdirmərəm. Heç elə şeylə aram yoxdur. Onsuz da, bədənim torpağın altına gedəcək. Niyə sığortaladım? Mənim gözəl rəqsim var, müəyyən yaşa qədər səhnədə olacağam, sonra isə biznesimə zaman ayıracağam".