Türkiyə İŞİD-ə qarşı hava əməliyyatı aparıb.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb. Türkiyə qırıcıları və koalisiya qüvvələri İŞİD-in 4 mövqeyinə hava zərbələri endiriblər.
 
İŞİD terror təşkilatının mövqeləri raket və tanklardan atəşə tutulub. Hava əməliyyatı hazırda davam etdirilir.
 
Qeyd edək ki, bu gün İŞİD terrorçularının hücumu nəticəsində Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 1 əsgər isə yaralanıb.