Türkiyənin ən böyük aeroportu olan Atatürk hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.

Unikal.org Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, aeroportun nəzarət nöqtələrindəki x-pay cihazlarının siqnal gücü artırılıb.

Giriş qapılarında sərnişinlərin üstü detektorla deyil, əllə yoxlanılır. Hava limanının metro girişində isə sərnişinlərin şəxsiyyətinin araşdırılması təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir.