Azərbaycanın cüdo yığması Bakıda keçirilən Böyük Dəbilqə turnirində ilk qızıl medalını qazanıb.

Unikal.org-un məlumatına görə, 81 kq. çəki dərəcəsində mübarizə aparan Rüfət İsmayılov həlledici görüşdə iranlı Afiq Səfərli Səid Mollayiyə qalib gəlib.O, ardıcıllıqla Sünnatulla Əzimov (Özbəkistan), Dorin Qotonoaqa (Moldova), İvaylo İvanov (Bolqarıstan) və Kenya Koharaya (Yapoiya) qalib gələrək, finala vəsiqə qazanıb.

Mükafatlandırma mərasimindən sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevcüdoçumuzu qələbə münasibətilə təbrik edib.