Avstriyanın paytaxtı Vyanadan Londona getməyə hazırlaşan "easyJet" təyyarəsi, bir qadının İraqlı sərnişini İŞİD üzvü olmasından şübhələndiyi səbəbindən etdiyi şikayətinə görə boşaldılıb.  
 
Bu barədə Unikal.org Avstriya mətbuatına istinadən xəbər verir.   
 
Avstriya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə Vyana "Schwechat" Hava limanından Londona getməyə hazırlaşan təyyarə, qadının şikayətinə görə dayandırılıb. İddiaya görə qadın sərnişin, yaxınında oturan İraqlı sərnişinin mobil telefonunda gördüyü mesajlardan şübhələnərək onunla bağlı təyyarə bələdçisinə şikayət edib. 
Hadisə yerinə gələn təhlükəsizlik işçiləri uçuşu ləğv etdikdən sonra bütün sərnişinləri və baqajları boşaldıblar. Araşdırmalar nəticəsində məlum olub ki, şübhəli vəziyyət yoxdur. 
Şikayətçi qadın və İraqlı sərnişin ifadələri alınmaq polis bürosuna aparılıb. Təyyar isə digər sərnişinlərlə birgə Londna uçub.