"Real Madrid"in ulduzu Kriştiano Ronaldo ikinci dəfə ata olmağa hazırlaşır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ABŞ-da yaşayan surroqat ana vasitəsi ilə əkiz uşaq atası olacaq. Adı açıqlanmayan qadının hamiləliyinin son aylarında olduğu deyilir.

Hazırda model Georgina Rodrigezlə sevgili olan Ronaldonun ailəsi də əkizləri səbirsizliklə gözləyirlər. Onlar ilk dəfə olduğu kimi, bu dəfə də surroqat ananın kimliyi barədə məlumatsızdırlar.

Xatırladaq ki, Ronaldonun ilk uşağını da 2010-cu ildə surroqat ana dünyaya gətirmişdi.