"Emnid" ictimai fikrin tədqiqi institutunun keçirdiyi sorğuya əsasən, Almaniya əhalisinin yarıdan çoxu ölkə ərazisində terror aktlarının törədiləcəyini gözləyir. 

Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, "All-in" nəşrinin məlumatına əsasən, sorğuda iştirak edənlərin əksəriyyəti (56%) 2016-cı ildə ölkə ərazisində terror aktlarının törədiləcəyini gözlədiklərini bildiriblər. Respondentlərin 38 faizi hesab edir ki, terror aktları baş verməyəcək.     

Sorğunun nəticələrinə əsasən, Brüsselsəki terror aktlarından sonra almanların 56 faizi terrordan qorxmadıqlarını, 42 faizi isə təlaş hissi keçirdiklərini bildirib.