Antaliyada 38 yaşındakı bir gənc, birlikdə yaşadığı qadınla cinsi əlaqə zamanı halı pisləşərək həyatını itirdi.
 
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbər görə, hadisə Muratpaşa mahalı Üçbucaq Məhəlləsindəki binanın yeddinci mərtəbəsində baş verib.
Qadının xəbər verməsindən sonra hadisə yerinə gələn tibbi yardım həkimləri gəncin dünyasını dəyişdiyini bildiriblər.
Hadisə yerində hüquq mühafizə orqanları araşdırmalara başlayıb.