Sosial şəbəkələrdə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun ölüm xəbəri yayılıb. Məlumatda bildirilir ki, onun meyiti bir az əvvəl evinin qarşısında tapılıb. 

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı "Qafqazinfo"nun əməkdaşı O. Nadirovun telefonuna zəng edib və dəstəyi müğənninin oğlu götürüb. O, yayılan şayiədən xəbər tutduğunu və sağ-salamat olduğunu bildirib.