"Metereoloji şəraitlə bağlı olaraq bu gün gecə və sabah səhər saatlarında Türkmənistandan Azərbaycana toz dumanı gələcək.  Toz dumanı artıq Xəzər dənizinin üzərindədir. Günün ikinci yarısından sonra toz dumanı hava axını ilə birlikdə ölkə ərazisinə daxil olacaq. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

O bildirib ki, Ərəbistandan gələn toz dumanı artıq ölkənin üzərindən çəkilib.

M. Avazova qeyd edib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı normadan çoxdur: "Elə də kritik vəziyyət olmasa da, sadəcə ürək-qan damar sistemində problem olan insanların belə havada qapalı şəraitdə olmaları daha əlverişlidir.