Bakıda evdən 8 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi ev 15 ünvanında 1957-ci il təvəllüdlü Nazim Manafova məxsus evdən pəncərinin dəmir barmaqlıqlarını sındımaqla naməlum şəxs və ya şəxslər 8 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.