Tovuz rayonunda yolu keçən piyadanı maşın vurub.

 Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

Yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Kərimov Yaşar Məhərrəm oğlu naməlum avtomobil tərəfindən vurulub. Avtomobil piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb. Xəsarət alan piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Hadisəni törədən "VAZ 2106" markalı avtomobilin sürücüsü Tovuz şəhər sakini, 1985-ci il təvəllüdlü Hacıyev Rəşad Qəmbər oğlu sonradan Tovuz Rayon Polis Şöbəsinə gələrək təslim olub.