Bakıda restoranda ölüm hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb. Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

R. Abbasov təqaüddə olan polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.