Bu gün Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan ikimərtəbəli, 8 otaqlı, taxta konstruksiyalardan ibarət evin 2-ci mərtəbəsində 3 otaq 100 m2 sahədə və 1-ci mərtəbəsində 2 otaq 80 m2 yanıb.

Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.