Ağdam sakini anasını avtomobillə vuraraq öldürüb.

Unikal.org Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi "VAZ-21011 markalı avtomobillə yolu keçən anası Filyar Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.